Elmi-praktiKİ konfransin materiallari роль гендерных исследований в обеспечении устойчивого развития



жүктеу 1.76 Mb.
бет1/8
Дата02.11.2017
өлшемі1.76 Mb.
  1   2   3   4   5   6   7   8


DAVAMLI İNKİŞAFIN TƏMİN EDİLMƏSİNDƏ GENDER TƏDQİQATLARININ ROLU
(ELMİ-PRAKTİKİ KONFRANSIN MATERİALLARI)

РОЛЬ ГЕНДЕРНЫХ ИССЛЕДОВАНИЙ
В ОБЕСПЕЧЕНИИ УСТОЙЧИВОГО РАЗВИТИЯ

(МАТЕРИАЛЫ НАУЧНО-ПРАКТИЧЕСКОЙ КОНФЕРЕНЦИИ)


BAKI-БАКУ

2007

Materiallar «KVİNNA TİLL KVİNNA» təşkilatı

və BİRLƏŞMİŞ MİLLƏTLƏR

TƏŞKİLATININ ƏHALİ FONDUNUN

maliyyə dəstəyi ilə nəşr olunmuşdur


Məcmuədə elmi-praktiki konfrans iştirakçılarının məruzə və çıxışlarının tezisləri toplanmışdır.
Nəşr tədqiqatçı, alim, müəllim, maqistrant və tələbələr üçün nəzərdə tutulur

«Davamlı inkişafın təmin edilməsində gender tədqiqatlarının rolu» mövzusunda elmi-praktiki konfransın materialları (Azərbaycan və rus dilində), //Bakı, 2007, 159səh.




Qərb Universitetin rektoru

dos. Zenfira Məmmədovanın salamı
Xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Mən Universitetimizin təsisçisi, professor Hüseyn Bağırovun adından, Universitetimizin əməkdaşları adından sizi salamlayıram. Dəvətimizi qəbul edərək konfransda iştirak etdiyiniz üçün sizə öz minnətdarlığımızı bildirir və bir daha xoş gəlmisiniz deyirəm. Əminəm ki sizin iştirakınızla konfrans işini müvəffəqiyyətlə davam etdirəcək və uğurla başa vuracaq.



«Davamlı inkişafın təmin edilməsində gender tədqiqatların rolu» mövzusuna həsr olunmuş bu elmi praktiki konfrans «Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında» Azərbaycan Respublikasının Qanunu çərçivəsində Qərb Universiteti nəzdində təsis olunan və Lidiya xanım Rəsulovanın rəhbərliyi altında fəaliyət göstərən Gender Araşdırmaları Mərkəzinin keçirdiyi 5-ci konfransdır. İstər bu gün, istərsə bundan əvvəl «Sosial və humanitar fənlərə gender nəzəriyyəsinin inteqrasiyası», «Ali təhsil sistemində gender problemləri təliminin nəzəri-metodoloji aspektləri», «Gender bərabərliyi və Azərbaycan», «Müasir sosial-siyasi dəyişikliklər kontekstində gender təhsilinin inkişafı» mövzularında keçirilən elmi-prakitk konfranslar, dəirmi masalar və seminarlar Mərkəzin azmüddətli fəaliyyəti ərzində əldə etdiyi nailiyyətlərin sübutudur.

Fəaliyyəti bu gün cəmiyyətimiz üçün çox vacib olan gender probleminə və yeni insan şüurunun formalaşmasına yönəldilmiş Mərkəzin əsas məqsədi sosial həyatın təhlilində Azərbaycan cəmiyyəti üçün yeni olan gender üsulunun yayılması və inkişafı, bu üsulun elmi-tədqiqatlara və tədris proqrmlarına inteqrasiyasıdır.

Mərkəz öz tərkibində 17 ali təhsil müəssisəsini və Azərbaycan Milli Elmlər Akademiyasını təmsil edən 62 müəllim və tədqiqatçı cəmləşdirir.

Mərkəzin fəaliyyət göstərdiyi müddət ərzində tədqiqatçılar tərəfindən


İqtisadi nəzəriyyənin gender aspekti,

Azərbaycan Respublikası əhali məşğulluğunun gender aspektləri,

Azərbaycan tarixində gender aspekti,

Gender sosiologiyası,

Gender tədqiqatlarının hüquqi aspektləri,

Politologiyanın gender aspekti,

Fəlsəfənin gender aspekti,

Gender və mədəniyyət,

Gender probleminin psixoloji aspektləri,

Gender və filologiya,

Gender və sənətşünaslıq,

Konfliktologiyanın gender aspekti,

Ekologiyada gender problematikası,

Mədəni antropologiyada gender problematikası,

Gender və ekologiya,

Gender və jurnalistika,

İnformasiya-kommunikasiya texnologiyaları və gender
kimi 17 sosial və humanitar fənn üzrə tədris proqramları hazırlanmış və çap olunmuşdur. Bütün tədris proqramları Respublikanın Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş və ali təhsil müəssisələrinə göndərilmişdir.

Hazırlanmış tədris proqramları əsasında tədqiqatçılarımız mühazirə kursları hazırlamış, «Gender: tarix, cəmiyyət, mədəniyyət» toplusu Gender təliminə dair metodiki vəsait Mərkəz tərəfindən çap olunmuşdur.


Mərkəz Təhsil Nazirliyinin dəstəyi ilə 2003, 2005, 2006, 2007-ci illərində ali təhsil müəssisələrinin sosial-humanitar yönümlü müəllimləri üçün Qərb Universitetinin nəzdində treninqlər keçirmiş və 586 dinləyiciyə sertifikat vermişdir.

Bütün bunlar gender təliminin tədris proqramlarına və elmi tədqiqatlara inteqrasiyasına geniş imkan yaradmışdır.

Gender Araşdırmaları Mərkəzinin fəaliyyəti müddətində Universitetimizin müəllimləri tərəfindən Politologiyanın gender aspekti, Gender sosiologiyası, Gender və mədəniyyət, Gender probleminin psixoloji aspektləri, İqtisadi nəzəriyyənin gender aspekti, Gender tədqiqatlarının hüquqi aspektləri, Azərbaycan Respublikası əhali məşğulluğunun gender aspektləri, Amerika ədəbiyyatında qadın yazıçılarının həyat və yaradıcılığı, İslamda qadın, gender və ailə, Ekologiyada gender problematikası kimi seçmə fənlər tədris olunmuşdur. Gender komponenti tədris olunan əksər fənlərə inteqrasiya edilmişdir ki, bu da tələbələr tərəfindən böyük maraqla qarşılanmış, təqdim olunan materialın mənimsənilmə faizini yüksəldmiş və gənclərimizdə gender şüurunun formalaşmasına şərait yaradmışdır.

Bundan əlavə gender mövzusu diplom və magistr işlərinə daxil edilmişdir. Tələbələrimiz «Azərbaycanda qadınların hüququ», «Gender bərabərliyi və siyasət», «Genderdə əmək hüquqlarının müdafiəsi», «Gender bərabərliyi və onun dövlət siyasətinə təsiri», «Cinayət hüququnda gender asimmetriyası», «Qadınların əmək hüquqlarının beynəlxalq hüquqi müdafiəsi» və s. kimi buraxılış və dissertasiya işləri üzərində çalışmışlar. Artıq bir neçə ildir ki, Universitetimizdə keçirilən ənənəvi Tələbə Elmi Konfranslarında tələbələrimiz gender məsələləri ilə bağlı məruzələrlə çıxış edirlər.



2006-cı ilin yanvarından bu günə qədər Qərb Universitetinin bazası əsasında gənc tədqiqatçılar, tələbələr və magistrlər üçün hər ay “Gender bərabərliyinə doğru addım və mənəvi dəyərlər” adlı tədbirlər keçirilir. Tədbirlər görüşlər, seminarlar, debatlar, dəyirmi masa, diskussiyalar, fokus-qruplarda işlər şəklində aparılır. Bu tədbirlərdə iştirak etmək üçün siyasi və ictimai xadimlər, aparıcı ekspertlər, mütəxəssislər, elm, mədəniyyət və təhsil xadimləri cəlb olunurlar. Mərkəzin təcrübəli tədqiqatçılarının rəhbərliyi ilə Qərb Universitetinin və respublikanın digər ali məktəblərinin gənc tədqiqatçılarının ənənəvi tələbə elmi–praktiki konfranslarının işində xüsusi “Gender və gənclər” adlı seksiya fəaliyyət göstərir.

Gənc tədqiqatçıların kvalifikasiyasının artıtılıması, Azərbaycanın Ali Tədris Müəssisələrinin dissertant və aspirantları üçün onların elmi tədqiqatlarına genderin inteqrasiyası və bunun nəticələrini dissertasiya işlərinin xüsusi bölməsində işıqlandırılması üzrə Gender araşdırmalar mərkəzi tərəfindən 2006-cı ildə 20 iştirakçı üçün “Gender və təhsil: insan və cəmiyyət” adlı Yay məktəbi keçirilmişdir. Yay məktəbinin materialları çap olunmuş və aspirant və dissertantların istifadə etməsi üçün ali məktəblərə göndərilmişdir. 2007-ci ildə tələbə və magistrlər üçün ikinci Yay məktəbini keçirməyi planlaşdırırıq.

Hesabat dövründə Gender araşdırmaları mərkəzi gender təhsilinin tədris proqramları toplusunu, “Gender: tarix, cəmiyyət, mədəniyyət” toplusunu, gender təhsilinə dair metodiki vəsait, “Təhsildə Gender bərabərliyi“ məruzəsi, ”Universitet məkanında gender iqlimi” adlı təqdimetmə keçirmişdir.

Gender araşdırmaları mərkəzinin 5 illik tədqiqat fəaliyyətinin nəticəsi kimi “Gender elminə giriş” adlı 2 cildlik toplusu hazırlanmışdır.

Hal-hazırda Mərkəz işini davam etdirir. Bu günkü konfrans da Mərkəzin uğurlu işinə nümunədir. Hörmətli konfrans iştirakçıları sizə işinizdə müvəffəqiyyətlər arzulayıram.



Rəna Mirzəzadə

AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar
İnstitutunun baş elmi işçisi, f.e.d.

Beynəlxalq və Azərbaycan Respublikası

qanunvericiliyinin gender ekspertizası
XX əsr qadın probleminin qoyuluşu və həllində, qadın hərəkatının geniş vüsət tapması və reallaşması sahəsində demək olar ki, dönüş əsri olmuşdur. Qadın hüquqlarının təmin olunması məsələsi müxtəlif ölkələrin əsas qanunlarında, bir çox digər rəsmi sənədlərində, həmin ölkələrin bir sıra beynəlxalq bəyanatlarında öz əksini tapmışdır. Bütün bu tədbirlər qadın hüquqlarının köklü problemlərini tam həll edə bilməsə də, heç şübhəsiz, öz müsbət nəticələrini verirdi. Bir-birinə zidd iki ictimai sistemin mövcudluğu, onların tarixən yanaşı yaşaması qadın problemini daha da aktuallaşdırmış, qadın hərəkatını cəmiyyətin aparıcı istiqamətlərindən birinə çevirmişdir.

Sovet hakimiyyəti illərində öz vahid ideologiyasının qüvvəsini, yeni sistemin üstünlüklərini, onun humanist təsirini görsətmək üçün ölkənin Əsas Qanununda qadunlara kişilərlə bərabər hüquqlar verilmişdi. Bu sahədə sosializmlə rəqabətdə üstünlüyü əldən verməmək verməmək üçün Qərb də bu yönümdə tədbirlər görürdü. Bütün bunların nəticəsidir ki, XX əsrdə Qərb və Şərqin, o cümlədən Azərbaycanın həyatında baş verən ictimai-siyasi və mədəni tərəqqi sahəsindəki bütün dəyişikliklərdə qadınların rolu böyük olmuşdur. Bu baxımdan bir sıra qanunvericilik aktlarına nəzər yetirək:



a) Ümumdünya İnsan Hüquqları Bəyannaməsi- BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsində deyilir: «Hər bir şəxs irqindən, rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və digər əqidəsindən, milli və sosial mənşəyindən, əmlak, sosial mövqeindən və digər vəziyyətindən asılı olmayaraq, bu Bəyannamədə elan olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır».

BMT Baş Assambleyası 10 dekabr 1948-ci ildə İnsan Hüquqlarının Ümumi Bəyannaməsini təsdiq etmişdir. 25 iyul 1993-cü ildə 171 dövlətin iştirakı ilə Vyana Bəyannaməsində və Ümumdünya konfransının fəaliyyət proqramında bir daha qeyd edildi ki, qadın hüquqları insan hüquqlarının ayrılmaz hissəsidir.



insan Hüquqları Bəyannaməsində qadınlara qarşı hər hansı zor işlədilməsi halları kəskin surətdə pislənir. Bəyannamə dövlətləri xəbərdar edir ki, ailədə və cəmiyyətdə qadınlara fiziki, cinsi və psixi zərər yetirə biləcək adət, ənənə və ya amillər aradan qaldırılmalıdır. Qadın və uşaqların hüquqlarının müdafiə mexnizmi, onların hüquqi təlim və təhsili yüksəldilməlidir.

Qadınların insan hüquqları anlayışı «Human rights of Women»- kollektiv hüquq anlayışına aiddir. Kollektiv hüquq elə bir hüquqdur ki, onu ayrıca bir fərd deyil, kollektiv, birlik, millət həyata keçirə bilər. Misal olaraq insanların sülh, özünümaliyyələşdirmə, sağlam ətraf mühitdə yaşamaq, cinsi, milli və yaş nöqteyi-nəzərindən ayrı-seçkilik aktlarından azad olmaq hüquqlarını göstərmək olar. İnsanların əsas hüquq və azadlıqdarı insan hərəkatının şəxsi, siyasi, sosial, iqtisadi və mədəni sahələrini əhatə edir. Müəyyən edilən bu anlayışları bir sıra Konstitusiyaların məğzini təşkil edən əsas amillərdəndir.



b) Qadınlara aid təşkilatlar - San-Fransiskoda 1945-ci ildə imzalanmış BMT nizamnaməsi cinsi birliyi fundamental insan hüquqlarından biri kimi elan edən ilk beynəlxalq sazişdir. O dövrdən bəri təşkilat bütün dünyada qadınların statusunu yüksəltməyə yönəlmiş, strategiya standart proqram və məsələlərinin beynəlxalq aləmdə reallaşdırılmış tarixi ənənəsini yaratmağa kömək göstərmişdir. Uzun illər ərzində BMT-nın qadınların inkişaf yönümündə fəaliyyəti dörd istiqamətdə aparılmışdır: hüquqi tədbirlərin həyata keçirilməsi; ictimai fikrin və beynəlxalq fəaliyyətin səfərbər olunması; statistik məlumatların yığılması və təhlili; imkansız qruplara birbaşa köməyin göstərilməsi.

Qadınların vəziyyətinə nəzarət etmək və qadınların hüquqlarının qorunmasına yardım etmək məqsədi ilə 1946-cı ildə BMT-nın Qadınların Statusu məsələsi üzrə Komissiyası yaradıldı. Komissiyanın işi qadınlara kişilərlə bərabər hüquqlar verilməsindən imtina edilən bütün sahələrin aşkar edilməsi idi. Qadınların uğurlu fəaliyyəti üçün göstərilən bütün səylər müxtəlif bəyannamələrin və konvensiyaların imzalanması ilə nəticəsində Qadın hüqularının tapdanmasının bütün formalarının aradan qaldırılması haqqında Konvensiya bu sənədlər içərisində ən mühüm və hərtərəfli bir sənəddir.

Avropa Şurasının «Kişi və qadınların bərabərliyi haqqında» Bəyannaməsi (16 noyabr 1988-ci ildə) Nazirlər Kabinetinin 83-cü sessiyasında qəbul edilmişdir. Bəyan­namə qadın və kişi bərabərliyini onun əsas insan haqlarından biri sayaraq, hər iki cinsin arzu, maraq və imkanlarına lazımi diqqətin ayrılmasından asılı olduğunu, cinsi diskriminasiyanın mövcudluğunu təsdiq edir.

Bərabərliyi bir daha qanunla təsbit edən bu Bəyannamədə deyilir: «Qanuna mü­vafiq olaraq kişi və qadınlara qarşı eyni münasibətlərin əldə edilməsi strategiyasını ha­zır­lamaq, həmçinin fərdi qabiliyyətlərin və istedadların inkişafı üçün hüquq və imkan­lardan istifadəyə münasibətdə bərabərliyin əldə edilməsi vacibdir». Bu st­ra­­­tegiyaya görə cinslər arasında de fakto bərabərliyin əldə edilməsi münasib ölçüləri: fərdi hüquqların müdafiəsini; cəmiyyətdə iştirakı; təhsil hüququnu; ailə və cəmiy­yət­də zorakılığın ləğvini; uşaqların hüququnun qorunmasını; iqtisadi müstəqilliyin güc­ləndirilməsini; informasiyaya və bütün peşə ixtisaslarına girişi təmin edir».



c) Milli qanunvernicilik- Azərbaycan müstəqillik əldə etdikdən sonra qadınların hüquqlarının mühafizəsi, onların cəmiyyətdə statusunda, siyasət və idarəetmə orqanlarında iştirakında baş verən hadisələri də təhlil edək.

Azərbaycan Respublikası 4 avqust 1992-ci ildə BMT-nin «Qadınların Siyasi Hüquqları Haqqında» Konvensiyasına qoşulmuşdur. Konvensiya «öz ölkəsinin idarə olunmasında hər kəsin bərabərliyi prinsipini həyata keçirməyi, kişilərin və qadınların vəziyyətinin bərabərləşməsini arzu edir».



ç) Azərbaycan Respublikası Konstitusiyasında bərabərlik hüququ- «Azərbaycan Respublikası Konstitusiyası» 1995-ci il no­yabrın 12-də Azərbaycan Respublikası referen­dumunda qəbul olunmuş, həmin il noyabrın 27-dən qüvvəyə minmişdir. «Azərbaycan Respublikasının Konstitusiyası» ən ali qüvvəyə malik qanun olmaqla etibarı ilə qadın diskriminasiyasını qadağan edir. Bu, Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuşdur; II. Kişi ilə qadın eyni hüquqlara və azadlıqlara malikdir; III. Dövlət irqindən, milliyətindən, dinindən, cinsindən, mənsubiy­yətindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquq və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır.

Qadın hüquqları və azadlıqları Azərbaycan Respublikası Konstitusiyası «Əsas hü­quqlar: azadlıqlar və vəzifələr» bölməsinin 24-71-ci maddələrində əks olunmuş, dövlət tərəfindən bu hüquq və azadlıqların qorunmasına təminat verilmişdir. Burada əsas məsələ həyatın bütün sahələrində qadın və kişilərin təkcə bərabər imkanlarla təmin edilməsində deyil, ən əsası qadının sosial müdafiə obyektindən aktiv hərəkətdə olan şəxsiyyətə çevriləməsində, cəmiyyətdəki mövqeyinin köklü surətdə dəyişilməsindədir. Azərbaycan Respublikasının insana dair bütün Qanunları («Cinayət Məcəlləsi», «Mülki Məcəllə», «Əmək haqqında Qanunlar Məcəlləsi», «Ailə Məcəlləsi») Konstitusiya əsasında işlənib hazırlanmışdır. Bu qanunlar cinslərin bərabərlik hüquqlarını qoruyur, hətta qadınlar üçün «pozitiv diskriminasiya» hallarına da rast gəlinir. Məsələn, baxmayaraq ki, Konstitusiyada hərbi mükəlləfiyyət barədə heç bir məhdudiyyət nəzərdə tutulmamışdır (maddə 76), əslində həkim zənənlər istisna olmaqla, qadınlar hərbi xidmətə çağırılmırlar. Və yaxud, elə cinayətkarlar var ki, onlara görə yalnız kişilər cəzalandırılır, halbuki bu cinayətləri (zorlama, cinsi əlaqəyə məcbur etmə, nigaha daxil olmağa məcbur etmə və ya nigaha daxil olmağa mane olma, poliqamiya, homoseksualizm və s.) qadınlar da törədə bilər. Cinayətkara cinsə görə «güzəşt» olunmamalıdır. Digər bir misal isə, yenə qadınlara ömürlük həbs cəzasının tətbiq edilməməsi halını göstərə bilərik. Bu kimi hallar qanunvericilikdə məhz kişilərə qarşı diskriminasiya xarakterli məqamlardır. Amma bütün hallarda gender bərabərliyi gözlənilməlidir.



d) Qadınların vəziyyəti üzrə IV Ümumdünya Konfransı- 1995-ci il sentyabrın 4-15-də tarixində Çinin paytaxtı Pekində Qadınların IV Ümumdünya konfransı keçirilmişdir. Konfrans qadın və kişilərin hüquq və anadangəlmə insani ləyaqət bərabərliyi ideyalarına tərəfdar olduğunu bəyan etmişdir. Konfrans qadınların imkanlarının genişlənməsi və vəziyyətlərini möhkəmləndirilməsi uğrunda fəaliyyət göstərilməsi istiqamətində Pekin Bəyannaməsi və Pekin Fəaliyyət Platforması (PFP) qəbul etmişdir.

Konfransda bir daha qeyd olunmuşdur ki, insan hüquqları daxilində qadın hü­quqlarına rəayət olunması, qadınların imkanlarının genişləndirilməsi qərar qəbul etmək və hakimiyyətdə iştirak etmək hüquqları da daxil olmaqla, onların ictimai həyatın bütün sahələrində bərabər iştirakını tələb edir. Konfransın qəbul etdiyi PFP on iki strateji istiqamətli tədbirdən ibarətdir:- qadınlar və yoxsulluq; təhsil və qadınların peşə hazırlığı; qadın və səhiyyə; qadınlara qarşı zorakılıq; qadınlar və hərbi münaqişələr; qadınlar və iqtisadiyyat; qadınların qanunvericilik orqanlarının işində və qərar qəbul olunması prosesində iştirakı; qadınların vəziyyətinin yaxşılaşdırılmasının idarə mexanizmi; qadınların insan hüquqları; qadınlar və kütləvi informasiya vasitələri; qadınlar və ətraf mühit; qız uşaqları.

PFP-da Qadınların İnsan Hüquqları 210-229-cu maddələrdə əks olunmuşdur. Hə­min konfransda Azərbaycan qadınları BMT-nin «Silahlı münaqişələr zamanı əsir düşmüş qadın və uşaqların azad edilməsi barədə» Qətnaməsinə müvafiq olaraq, Qarabağ müharibəsi zamanı əsir düşmüş qadın və uşaqların qaytarılması tələbi ilə çıxış etmişlər. Onlar həmçinin, bu müharibənin sülh yolu ilə qurtarması üçün dünya ictimaiyyəti tərəfindən yardım edilməsini, işğal edilmiş ərazilərdə hərbi işğal zamanı qadın və uşaqların pozulmuş hüquqlarının müdafiəsinə dünya ictimaiyyəti diqqətinin cəlb edilməsində, onlar tərəfdən kömək göstərilməsini xahiş etmişlər. Konfransda Azərbaycan qadınlarının tələbi ilə əlaqədar bütün dünya qadınlarına müraciət qəbul edilmişdir. Müraciətdə dövlət və dini rəhbərlərindən xahiş edir ki, təcavüz zamanı əsir alınmış qadın və uşaqların insan hüquqlarının fəal müdafiəsi sahəsində əməli tədbirlər həyata keçirsinlər. Azərbaycan qadın nümayəndələri həmçinin Konfransın ünvanına üzərində Konfransın simvolu olan bayraq göndərmişdilər. Bayraqın üzərində «Öz doğma evimə qaytarın məni» çağırışı ilə minlərlə qaçqın qadının imzası var idi. PFP-də deyilir: «Qadınların çoxu öz hüquqlarının həyata keçirilməsi məsələlərində irqi, dil, etnik və mədəni mənsubiyyət, din, əlillik, bu ya digər sosial-iqtisadi zümrəyə mənsubiyyət, ya da yerli əhaliyə, köçkünlərə və qaçqınlara mənsubiyyət amilləri səbəbindən əlavə çətinliklərlə rastlaşır. Onlar bixəbərlikdən və insani hüquqlarının lazımı tərzdə təsdiq olunmamasından, əlverişsiz və sosial cəhətdən ağır vəziyyətə dü­şürlər» və «Beynəlxalq yardıma ehtiyacı olan qaçqın, köçkün, ölkə daxilində məcburi köçürülən qadın axınlarının səbəbi kişilərdən fərqli olaraq, başqa səbəblər ucbatından baş verirlər. Münaqişələr zamanı və onlardan sonra bu qadınlar, öz hüquqlarının pozulması baxımından, ağır vəziyyətdə qalmaqdadırlar».

e) Qadınlara münasibətdə ayrıseçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiya (SEDAW) BMT-nin Qadınların Statusu üzrə Kommisiyasının nəhayət ki, otuz ildən çox bir müddətdə öhdəsinə götürdüyü işin yekun nəticəsi Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün Formalarının ləğv edilməsi haqqında Konvensiya oldu. Konvensiya BMT-nın Baş Assambleyası tərəfindən 1979-cu il dekabrın 18-də qəbul edildi. Konvensiya Beynəlxalq müqavilə kimi 1981-ci il sentyabrın 3-də, iyirminci ölkənin təsdiqindən sonra qüvvəyə minmişdir.

1989-cu ildə- Konvensiyanın imzalanmasının 10-cu ildönümündə, demək olar yüzə yaxın ölkə Konvensiyanın şərtlərini qəbul etməyə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası 1995-ci ildən həmin Konvensiyaya qoşulmuşdur. Belə bir fakta diqqəti cəlb edək ki, dünyanın çox inkişaf etmiş və yüksək demokratiya səviyyəsində olan bəzi ölkələri bu konvensiyanın tələblərini təmin edə bilmədiklərindən ona qoşula bilməmişlər.

İnsan hüquqlarına dair beynəlxalq müqavilələr əsasında həmin Konvensiya bəşəriyyətin qadın yarısının insan hüquqları ilə bağlı məsələlərinə diqqət yönəltdi. Konvensiya yalnız qadınlar üçün nəzərdə tutulmuş hüquqların beynəlxalq sənədini deyil, eyni zamanda bu hüquqların tətbiq edilməsinə təminat verəcək ölkələrin fəaliyyət proqramını işləyib hazırladı.

Konvensiya 6 fəsil, 30 maddədən ibarət olub, qadınların vəziyyətinin üç mühüm sahəsini əhatə edir: Vətəndaş hüquqları və qadın hüquqi statusu; İnsan artımı, həmçinin mədəni faktorların cinsi münasibətlərə təsiri; İnsan hüquqları dünyagörüşü.

Konvensiyanın həyata keçirilməsinə Qadın hüquqlarının pozulmasının aradan qaldırılması üzrə Komitə (SEDAW) tərəfindən nəzarət edilir. Konvensiyada əsasən aşağıdakı müddəalar gender baxımından diqqət cəlb edir:- əsas insan hüquqları və azad­lıqlarına təminat verilməsi; cinsi rolun eyniləşdirilməsi və möhumatçı fikirlərin aradan qaldırılması; kəndli qadınlar; evlilik və ailə həyatı; qadın hüquqlarının pozulmasının aradan qaldırılması. Konvensiyanın müqəddiməsində «qadın hüquqlarının geniş şəkildə pozulmasının hələ də mövcud olduğu» təsdiq edilir və «Hüquqların bu cür tapdalanması hüquq bərabərliyinə və insan ləyaqətinə hörmət prinsiplərinin pozulması deməkdir» deyilir.

Konvensiyanın 1-ci maddəsi «siyasi, iqtisadi, sosial, mədəni, mülki və ya hər han­sı digər sahələrdə cinsi mənsubiyyət prinsipi əsasında qoyulmuş həddlər, məhdudiyyətlər, qadağalar»ın aradan qaldırılması, qadınların tam və hərtərəfli inkişafını və fəaliyyətini təmin etmək üçün bütün müvafiq tədbirlərin, həmçinin qanunverici tədbirlərin götürülməsini tələb edir. Konvensiyada bildirilir ki, «qadınların nəsl artımında (uşaq doğumunda) rolu onların hüquqlarının tapdanmasına əsas olmamalıdır» və «analıq sosial vəzifə kimi dərk edilir». Demək belə nəticə alınır ki, ailədə uşaqların böyüməsi, təhsil alması, tərbiyə edilməsində tək qadın (ana) deyil, həm də kişi (ata) eyni məsuliyyət daşımalıdır. Ailədə əsas maddi ağırlığı kişinin, tərbiyə-təlimi isə qadının üzərinə qoymaq prinsipi yox, bir-birinə qarşılıqlı yardımçı olmaq funksiyasının aşılanması meyarı zəruri amil olmalı, əsas götürülməlidir.

Qadınların hüquqi statusu məsələsinə xüsusi diqqət yetirilir. Konvensiyada hüquq bərabərliyi prinsipinin müddəaları on dörd müvafiq maddədə öz əksini tapmışdır və xüsusilə də, qadınların hüquqi statusu məsələlərinə çox geniş yer verilmişdir.

Qadınların siyasi fəaliyyət sahəsində əsas hüquqları ilə bağlı problemlər 1952-ci ildə «Qadınların Siyasi Hüquqları haqqında» Konvensiya qəbul edildikdən sonra da azalmamışdır. Buna görə də həmin Konvensiyanın müddəaları mövcud sənədin 7-ci maddəsində bir daha təsdiq edilir. Belə ki, Qadınların səs vermək, dövlət strukturlarında vəzifə tutmaq və ictimai funksiyaları yerinə yetirmək hüquqlarına təminat verilir. Bu, həmçinin, hüquq bərabərliyi prinsipi əsasında qadınların öz ölkələrini beynəlxalq səviyyədə təmsil etmək hüquqlarını (maddə 8) əks etdirir.

1957-ci ildə qəbul edilmiş ərli qadınların milli mənsubiyyəti haqqında konvensiya mövcud sənədin 9-cu maddəsi ilə tam bir küll halında birləşdirilmişdir. Bu maddə ailə vəziyyətindən asılı olmayaraq qadınların bu məsələdə müstəqilliyinə təminat verir. Bununla yanaşı, Konvensiya belə bir fakta diqqəti cəlb edir ki, öz həyat yoldaşlarının milli mənsubiyyətindən asılı vəziyyətə salınaraq qadınların hüquqi statusu çox vaxt evliliklə əlaqələndirilir.

Konvensiya bütün müvafiq, o cümlədən qanunverici tədbirlərin görülməsini tələb edir (Maddə 3). Mövcud Konvensiyanın 10-11-ci və 13-cü maddələri müvafiq olaraq qadınların təhsil, məşqulluq və iqtisadi sahələr üzrə hüquqlarının tapdalanmamasını təmin edir.



ə) Hərbi münaqişələrdə qadınların müdafiəsi- Birinci dünya müharibəsinə qədər qadınların hərbi əməliyyatlarda iştirakı sezilməz dərəcədə olduğu üçün onların xüsusi müdafiəsinə də ehtiyac yox idi. Lakin, bu, o demək deyildir ki, buna qədər hərb zamanı qadınların müdafiə olunması haqda heç bir ölçü yox idi. Beynəlxalq humanitar hüquqi aktdan sonra qadınlar da kişilərlə bərabər bu aktdan istifadə edirdilər. Qadınlar, yaralanan zaman Cenevrə Konvensiyasının 1864-cü il müddəaları əsasında öz hüquqlarından istifadə edirdilər. Qadınlar əsir düşən vaxt 1899-cu il və 1907-ci il Haaqa Konvensiyasının qanunları əsas götürülürdü.

1929-cu ildən başlayaraq Beynəlxalq humanitar hüquq şöbəsi qadınlara xüsusi hörmət və münasibət göstərməyi Cenevrə Konvensiyasının 3-cü maddəsi ilə rəsmiləşdirdi. Bu Beynəlxalq hüquqi aktın iki müddəası xüsusi maraq doğurur: «Qadınlara cinslərinə görə hörmət olunmalıdır» (maddə 3) və «Hərbi əsirlərlə davranış o zaman fərqləndirilir ki, cinsin ixtisası və ona aid olan təminatlardan istifadə etməsinin də hərbi dərəcəsi olsun, fiziki və psixoloji sağlamlığı da nəzərə alınsın» (maddə 4). II dünya müharibəsi zamanı hərbi əməliyyatlarda silah daşımasalar da, çoxlu qadın iştirak edirdi. Bu hərbi toqquşmada həlak olan 50 milyonun 26 milyonu döyüşçü, 24 milyonu isə adi vətəndaşlar idi və onların da çox hissəsini qadınlar təşkil edirdi. Qəbul edilən hüquqi aktlar bu amilləri nəzərə alırdı. 1949-cu ilin aprelindən avqustuna qədər Cenevrədə «Müharibə qurbanları haqqında Beynəlxalq Konvensiyanın qəbuluna həsr edilmiş diplomatik Konfrans» keçirildi. Bu konfransda dörd Konvensiya qəbul edildi ki, bunun IV Konvesiyasının 30-cu maddəsi bilavasitə qadınlara aiddir. Statistika göstərir ki, 1949-cu ildə Cenevrə Konvensiyası qəbul edildikdən sonra da vətəndaşların həlak olması faktı bəzən 90%-ə çatırdı. Ona görə də bu Konvensiyanın da təkmilləşdirilməsi məsələsi meydana çıxırdı.

II dünya müharibəsində isə silah gəzdirməsələr də, döyüşdə iştirak edən qadınlar çox idi. Həlak olanlar içərisində də onların sayı az deyildi. Hərbi münaqişələr zamanı dinc əhalidən həlak olanların sayı vuruşanlarla təxminən eyni idi. 1949-cu ildə Cenevrə Konvensiyasına hərbi münaqişələr zamanı qadın, uşaq və ahılların hüquqlarının toxunulmazlığının gözlənilməsi barəsində əlavə müddəalar daxil edildi. 1977-ci ildə isə bu Konvensiyaya qadınlara aid daha 40-a yaxın konkret təkliflər əlavə olundu. Bu məsələlərə toxunarkən, istər-istəməz Azərbaycan-Ermənistan münaqişəsi zamanı əsir düşmüş qadın və uşaqların indiyədək naməlum taleyi də diqqəti çəkən məqamdır.

f) Beynəlxalq Əmək Təşkilatının qadınlara aid xüsusi Sazişləri- Azərbaycan Respublikası 1992-ci ilin mayından Beynəlxalq Əmək Təşkilatının üzvü qəbul edilmişdir. Keçmiş SSRİ zamanı qəbul edilmiş beynəlxalq norma və qanunların respublikada zəruriliyi təsdiq edilmişdir. Azərbaycanın qoşulduğu 47 sazişdən 13-ü qadınların və yeniyetmələrin əmək və məşğulluq problemlərinə aiddir və bu Sazişlər respublikada qüvvədədir. Onlardan bəzilərinə diqqət yetirək:

1) «Bərabər əməyə görə kişi və qadınların bərabər mükafatlandırılması» haqqında 1951-ci ildə qəbul olunmuş 100 saylı Sazişdə əsas prinsipi eyni dəyərli əməyin eyni dərəcədə ödənilməsini, cinsə görə ayrı seçkilik edilməməsini göstərən mükafat kimi müəyyən olunmasıdır.

2) «Əmək və sənət sahəsində ayrı seçkilik haqqında» saziş 1958-ci ildə qəbul edilmişdir. 111 saylı Sazişdə; əsas prinsip əmək və sənətlə bağlı hər hansı ayrı-seçkiliyin ləğvinə yönəlmiş milli siyasətin müəyyənləşdirilməsi və həyata keçirilməsi yolu ilə əmək və sənət sahəsində müraciət və imkan bərabərliyinin mükafatlandırılmasıdır.

3) «Anaların mühafizəsi haqqında» 1952-ci ildə qəbul edilmiş 103 saylı Sazişdə ümumi prinsip hamiləlik və doğuşla məzuniyyətin 12 həftə, doğuşdan sonrakı məcburi məzuniyyətin 6 həftədən az olmayaraq uzadılmasıdır. Bu sənəd hamiləlik və doğuşa görə pul vəsaiti və tibbi yardımı müəyyənləşdirir, iş vaxtında uşağı əmizdirmək hüququnu nəzərdə tutur və analıq məzuniyyəti vaxtında qadının işdən çıxarılmasını qadağan edir.

4) «Yeraltı işlərdə qadın əməyinin tədbiq edilməsi haqqında» 1935-ci ildə qəbul olunmuş 45 saylı Sazişin; əsas prinsipi qadın əməyindən yeraltı işlərdə və şaxtalarda istifadə olunmasını qadağan olunmasıdır.

g) Azərbaycan Respublikasının Əmək Məcəlləsində qadın hüquqları- Azərbay­can Res­publikası Konstitutsiyasının Əmək hüququnu təsbit edən 35-ci maddəsində deyilir: «Əmək fərdi və ictimai rifahın əsasıdır» Azərbaycan Respublikasının Əmək Məcəlləsi hər kəsin əməyə olan qa biliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnu təsdiq edir.

Ailənin, qadınların, o cümlədən 16 yaşına qədər uşaqları olan çoxuşaqlı qadınların əmək hüququ və sosial müdafiəsi Azərbaycan Respublikasının Konstitusiyasında, Əmək Qanunları Məcəlləsində, «Məzuniyyətlər haqqında», «Vətəndaşların pensiya təminatı haqqında», «Azərbaycan Respublikasında əhalinin məşğulluğu haqqında» qanunlarda və digər qanunlarda nəzərdə tutulmuşdur.

1999-cu il iyulun 1-dən qüvvəyə minmiş «Əmək Məcəlləsi»nin «Qadınların əmək hüququ və onun həyata keçirilməsi təminatları» 37 və 38-ci fəsllərin 240-255-ci maddələrdə təsbit olunmuşdur. Qadınların analıq funksiyasını nəzərə alan bəzi qərarların qanuniləşməsi, qadınlara kişilərdən fərqli hüquqlar verilməsi (bəzi müəssisələrdə qadınlara sosial güzəştlər ediləcəyi nöqteyi nəzərindən yanaşıb işəgötürmə zamanı üstünlüyü kişiyə verirlər). Bu düzdür ki, qadının əmək hüquqları de-fakto olaraq «Əmək Qanunu» ilə müdafiə edilir, lakin de-yure isə götürmə zamanı bu hüquqlar pozulur. Qadınların əmək hüququnun pozulması kimi xarakterik hallar cinayət məsuliyyəti ilə tənzimlənə bilər. Belə ki, Maddə 240-da əmək haqqında qanunvericiliyin pozulması; Maddə 242-də hamilə və ya südəmər uşağı olan qadının hüquqlarının pozulması kimi qərarları göstərmək olar.

1994-cü il dekabr ayında qüvvəyə minmiş «Məzuniyyət haqqında Azərbaycan Respublikası Qanunun»da işləyən uşaqlı qadınlara verilən əlavə ödənişli məzuniyyətin müddəti 2 dəfə və uşağın yaşı 12-dən 14 yaşa qədər artırılıb. Burada işləyən və 14 yaşına qədər 2 uşağı olan qadınlara 3 gün, 3 və daha çox uşağı olan qadınlara 6 gün əlavə məzuniyyət verilir. 1995-ci ilin 1-i yanvarından uşağa qulluq etməyə görə veri­lən məzuniyyətin müddəti 2 dəfə artırılıb 1,5 ildən 3 ilədək uzadılıb. Eyni vaxtda müa­vinətlərin də məbləği 3 dəfə artırılmışdır. Qanunun 2-ci maddəsinə əsasən hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) ödənişli məzuniyyət verilir.

Əmək Məcəlləsinin 251-ci Maddəsinin 3-cü bəndinə yaşı 16-dan az olan qızların bütün iş günü ərzində müntəzəm olaraq yük qaldırma və daşıma işlərinə cəlb edilməsi qadağandır kimi əsaslandırılsa da, qanunla qadınların fizioloji xüsusiyyətini nəzərə alan bu qanuna praktikada riayət olunmur. Yaxud, elə həmin maddənin «a» bəndi 15 kq-dan ağır əşyanın kişilərin əl ilə daşımasını qada-ğan edir. «Əmək Qanunun»da qadınlara aid nəzərdə tutulan bəzi güzəştlər, məsə-lən: ağır, təhlükəli iş yerlərində qadının işləməsinə qadağa həm qadının səhhəti, sağlamlığı, həm də fizioloji xüsusiyyətləri nəzərə alınaraq verilibdir. Göstərək ki, dünyada artıq bu halın özü belə bir ritorik sual doğurur ki, «bu müdafiə ölçüləri qadına kömək edir və ya mane olur?»

Beləliklə, gender bərabərliyi baxımından insan əməyi cinsindən asılı olmayaraq bir sıra qanun və normalarla qorunsa da, iş zamanı qanunvericilikdə müəyyən edilmiş həmin qadağalara əməl edilmir. Digər vacib bir məsələ qadın əməyinin mühafizəsi probleminin hərtərəfli və diqqətlə öyrənilməməsidir. Halbu ki, belə öyrənmələr nəticəsində əldə edilmiş dəqiq statistik məlumatlar əsasında qadın əməyinin müdafiəsi ilə əlaqədar çoxsaylı problemləri həll etmək mümkün ola bilər. Bu problemlə bağlı keçirilən sorğuda qadınların işsiz qalması bir neçə səbəblə izah olunur: aldığı təhsilə uyğun iş yerinin olmaması; işləmək arzusunda olmasına baxmayaraq əri tərəfindən (yaxud ata, qardaş) qadağa qoyulması; əmək haqqının az olması.

Gender kontekstində əmək hüququnu tədqiq edərkən nəticəyə gəlmək olur: əvvəla, respublika Konstitusiyası qadının bütün sahələrdə kişi ilə yanaşı fəaliyyət gös­tərməsini təsbit edir; ikincisi, cinslərin ailədən kənar fəaliyyəti həm ailənin maddi maraqlarını təmin edir, həm də gender siyasəti baxımından mənafelərin ödənilməsinə imkan açır; üçüncüsü, hər kəsin qabiliyyətinə görə fəaliyyəti onu digərinin asılılığından azad edir, müstəqilləşdirir, onun gender balansını tənzimləyir.



ğ) Azərbaycan Respublikasının Ailə Məcəlləsi: ailə və nigah hüququ- Ailə cəmiyyətin xüsusi özəyi və əsasıdır. «Ailə» anlayışı sosioloji və hüquqi ədəbiyyatda müxtəlif cür izah edilir. Sosioloji mənada ailə nigaha, qohumluğa, uşaqların tərbiyə üçün götürülməsinə, qarşılıqlı birgə həyat mənafeyinə əsaslanan insanların ittifaqıdır. Dövlətin inkişafında onu formalaşdıran insanlar, insanların yetişməsində isə ailə mühüm rol oynayır. Ailə münasibətlərinin tənzim edilməsi əsasən adət-ənənələr çərçivəsində mənəvi normalarla birlikdə hüquqi aktlarda da qərarlaşır. Ailədə qadın ana kimi əsas aparıcı funksiya daşıyıcısıdır. Əsrlərlə ailəyə maddi, qadın mənəvi istiqamətdə dayaq durub. Lakin tədricən qadın azadlığı, qadın hüquqlarının bərabərləşdirilməsi ailədə də kişi-qadın hüquqluğunu qanuniləşdirib). «Azərbaycan Respublikası Konsititusiyası»nın iki maddəsi ailə hüququ münasibətlərinə həsr olunub. 17-ci maddənin I hissəsində cəmiyyətin əsas özəyi olan ailənin dövlət tərəfindən müdafiəsi (hətta «xüsusi» sözü) qeyd olunub: «Cəmiyyətin əsas özəyi kimi, ailə dövlətin xüsusi himayəsindədir». Göründüyü kimi, ailə eləcə də əsas olaraq ailə başçılarından biri sayılan qadınların hüquqları konstitusion əsasla təsbit olunub. Kişilər nigaha 18, qadınlar isə 17 yaşında daxil ola bilər. Müstəsna halda bu, tərəflərin razılığı ilə bir ilə qədər azaldıla bilər. «Ailə və Nigah haqqında Qanunlar Məcəlləsi»nin 3-cü maddəsi ilə kişi ilə qadının şəxsi əmlak hüquqlarına malik olması müəyyənləşdirilib. Beynəlxalq hüquq normalarına müvafiq olaraq Azərbaycan qanunvericiliyində ailədə tam bərabərlik təmin edilməlidir. Ənənəvi olaraq soyad, yaşayış yeri və s. irsi (partimonial) əsaslarla həll edilir.

«Azərbaycan Respublikasının Ailə Məcəlləsi» 7 bölmə, 20 fəsil, 156 maddədən ibarətdir. 3-cü bölmə, VI fəsil, 29 və 30-cu maddələr ər-arvadın hüquq və vəzifələrinə həsr olunmuşdur. 29-cu maddənin I bəndində göstərilir: «Azəbaycan Respublikası Konstitusiyasın»da təsbiq edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər». Analıq atalıq, uşaqların tərbiyəsin və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvad hüquq bərabərliyi prinsipinə uyğun olaraq birgə həll edilir. Nigah zamanı ər-arvad tərəfindən qazanılmış, əldə edilmiş əmlak ümumi şəxsi mülkiyyət hesab olunur. Boşanma birinin və ya hər ikisinin təşəbbüsü ilə həyata keçirilə bilər, nigah yalnız məhkəmə tərəfindən pozula bilər.

Bu baxımdan belə nəticəyə gəlmək olar: insan haqlarına, demokratik prinsiplərə riayət baxımından bütün qanunlara əməl edilməsi yuxarıda deyilənləri əsas götürməklə müəyyən çıxış yolları tətbiq etməli; nigah azadlıq, müstəqillikdir lakin, respublikadan gedənlərin ailə vəziyyətinin tənzimlənməsi, ailə-nəsil artımında bu gün ölkəmiz üçün gərəklidən gərəklidir; qeyri-millətdən olan gəlinlər ötən illərin təzahürüdürsə, qeyri-millət kürəkənlərin getdikcə artması halları da reallıqdır. Bunun isə həm müsbət, həm də mənfi cəhətləri vardır.
Aida Quliyeva

Azərbaycan Dövlət İqtisad

Universitetinin dosenti, i.e.n.
Davamlı iqtisadi inkişafın gender strategiyası
Azərbaycan öz inkişaf templəri ilə bi çox tədqiqatçıları təəccübləndirməkdədir. Belə ki alıcılıq qabiliyyəti nəzərə alınmaqla Ümum daxili Məhsulun artım tempinə görə dünyada 1-ci yeri tutan ölkəmiz bu il bu göstəricini 32.2 faizə çatdırmışdır.(www.cia.gov) Adam başına düşən alıcılıq qabiliyyəti nəzərə alınmaqla Ümum daxili Məhsulun (GDP per capita with the purchasing power parity-PPP) dünya göstəricinə Azərbaycan 2004-cü ildəki 4600 dollarla 144 cü yerdən $ 7100 dollar olaraq 113 yerə qalxaraq MDB ölkələrindən Russiya ($12100), Kazaxstandan ($9100), Ukrayna ($7800), Belarus ($7300) geri qalır. Halbuki erməni diasporunun pullarını öz iqtisadi göstəriciləri kimi təqdim edən Ermənistan $5400 dollarla 127-ci yerdə qərar tutmuşdur. Yoxsulluq 40.5 faizdən 19 faizə enmişdir. ÜDMdə investisiyalarının çəkisi 49.9 faiz olmuşdur ki, bu da geniş iqtisadi imkanlardan xəbər verir. Büdcə gəlirləri xərcləri 200 milyon üstələyərək 6008 milyard gəlirləri, 5804 milyard xərcləri təşkil etmişdir ki bu da cox müsbət tendensiyadır. Sənaye istehsalı 50 faiz artmışdir və gündəlik neft istehsalı 500 000 barelə çatmışdır. Ölkənin xarici vayuta və qızıl ehtiyatları 1.8 milyard dollar olmuşdur. Bütün bunlar Azərbaycanda itisadi potensialın gün gündən artmasını xarakterizə edir. Elə buna görə də son illər aparılan dövlət siyasəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və beynəlxalq iqtisadi sistemə inteqrasiyası üçün əlverişli şərait yaradılmışdır. Əhalinin, xüsusi ilə aztəminatlı təbəqələrin sosial müdafiəsinin yaxşılaşdırılması üçün bir çox əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Lakin əhalinin yoxsulluğu problemi və onu törədən başlıca səbəblərdən biri olan işsizlik respublika üçün aktual olaraq qalmaqdadır. Ölkəmizdə yoxsulluğun azaldılması, əmək bazarının formalaşması və əhalinin məşğulluğunun vəziyyəti məsələlərini daim diqqət mərkəzində saxlanılır.

10 oktyabr 2006-cı ildə gender bərabərliyinin təminatı haqqında Azərbaycan Respublikasının qanunu qüvvəyə minmişdir və burada bir sıra vacib məsələlər öz həllini tapmışdır. Dövlət Statistika Komitəsinin 2000-ci ildən başlayaraq nəşr etdiyi gender statistikası və 2001-ci ildən həmkarlar ittifaqlarının strukturlarında qəbul olunan kişi və qadınların vəziyyətini səciyyələndirən illik statistik məlumatlardan geniş istifadə edir, mütəmadi olaraq müxtəlif sahələr üzrə statistik göstəricilərin təhlilini aparır, problemə dair müvafiq səviyyələrdə keçirilən müzakirələrdə iştirak edərək mövqeyini bildirir, yerlərdə qəbul olunan qərar və əmrlərdə gender tələblərinin gözlənilməsinə səy göstərirlər.

Gender bərabərliyi prinsipi ictimai həyatın müxtəlif sahələrində kişi və qadınların hüquq və imkan bərabərliyi prinsipi kimi qərarlaşmasının vəziyyətini rəqəmlərdə daha aydın görmək olar.

Belə ki, Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən, ilin əvvəlinə ölkə əhalisinin 4,218 mln. nəfəri və yaxud 51 faizi qadınlardır, onlar iqtisadiyyatın demək olar bütün sahələrində çalışır və məşğul əhali arasında xüsusi çəkisi 48%-dir. Eyni zamanda, respublikada 55 min nəfər işsiz statusu alanlardan 53,1%-i qadınlardır.Ümumtəhsil məktəblərində müəllimlərin 70%-i qadınlardır, məktəb direktorları sayında isə qadınlar 17%, direktor müavinləri sayında 36% təşkil edirlər.

Əmək bazarında qadınlar 42,14%, bütün səviyyəli rəhbər vəzifələrdə (pullu aparatlarda və ictimai əsaslarla prezident, sədr, müavinləri, şöbə müdirləri və d. vəzifələrdə) çalışanların sayında isə qadınlar 28,9% təşkil edirlər.

O cümlədən, sənaye işçilərinin qadınlar 42%, rəhbər vəzifələrdə 15,4%; Milli Elmlər Akademiyasında qadınlar 50%, rəhbər vəzifələrdə 17%; Naxçıvan Muxtar Respublikası cəmi üzvlərinin sayında qadınlar 43,1%, rəhbər vəzifələrdə 9,5% təmsil olunmuşlar.

Həmkarlar ittifaqlarında çalışanların ümumi sayında qadınlar, müvafiq olaraq, 26,5%, 33% və 20% təşkil edirlər.

Bebəliklə, gender assimetriyasının mövcudluğu bir çox hallarda nəzərə çarpır. Lakin onu da qeyd etmək lazımdır ki, ölkəmizdə aparılan iqtisadi islahatlar, quruculuq işləri, əhalinin hüquqi maarifləndirilməsi və d. proseslər gender assimetriyasının aradan qaldırılmasına nəzərə çarpan dərəcədə təsir göstərir.

Yenə rəqəmlərə müraciət edək.

1995-2002-ci illərdə iqtisadiyyatda çalışan qadınların sayı 8,4% artmışdır. 2001-ci ilə nisbətən 2006-cü ilin əvvəlinə qeydiyyata alınmış işsizlər sırasında qadınların xüsusi çəkisi 2% azalmışdır.

Həmkarlar ittifaqları sistemində rəhbər vəzifələrdə çalışan qadınların sayı ötən ilə nisbətən 4% artmışdır.

Ölkəmizin iqtisadi, siyasi və ictimai həyatının bütün sahələrində gender tarazlığının təmin olunması istiqamətində arzu olunan nailiyyətlər əldə etmək üçün dövlət səviyyəsində görülən işlərlə yanaşı, qeyri-dövlət təşkilatlarının, bütün cəmiyyətin birgə səyi və istəyi olmalıdır. Bu baxımdan, sosial partnyorluğun inkişafı və kollektiv müqavilələr münasibətlərinin rolunun artırılmasına, sosial yönümlü qanun və fərman layihələrinin gender ekspertizasından keçməsinə, qadınların ictimai həyatda daha fəal iştirakını təmin etmək üçün daha çox diqqət yetirirlər.

Müasir dünyanın 2 mühüm sosial strategiyası var;


  • davamlı inkişaf və

  • gender strategiyası

Gender bərabərliyi ideyası və cinslərin əməkdaşlığı artıq ümumi planetar xarakter daşıyaraq davamlı inkişafın fundamentini təşkil edir. Demokratiyaya və vətəndaş cəmiyətlərinin müxtəlif formalarının inkişafına can atan müasir plyural dünya artıq dünyanın təxminən yarısını təşkil edən qadınların siyasətdə, iqtisadi həyatda 2-ci növ fəaliyyətlə məşğul olması ilə barışmaq istəmir. Minilliyin gündəliyində bərabər imkanlar və hüquqlar ideologiyasına əsaslanan gender strukturlarının fundamental transformasiyasının davamlı inkişafda hansı rol oynayacağını müəyyən etməkdir. Burada əsas məsələ cəmiyyətlərdə qadınların aşkar və ya gizli diskriminasiyaya uğramanın davamlı iqtisadi inkişaf yolunda ən başlıca maneə olduğunu göstərməkdir. Əlbəttə burada yaradılacaq konsepsiyanın daha demokratk olması üçün hər iki tərəfin bu məsələyə münasibəti ciddi araşdırilmalıdır. Beynəlxalq birlik qərar qəbul edilməsi proseslərində cəmiyyətlərin hər bir üzvü üçün daha sərfəli şərtlərin yaradılması bu gündən çox gələcək sivilizasiyalarının inkişafı yolunda fundamentini yaratmaqır. Dünyanın bir sıra tədqiqatçıları davamlı inkişafda gender komponentinin nəzərə alınması nəinki hamı üçün demokratik yanaşmanın mövcudluğur, hətta qlobal inkişafın həlledici global problemdir və hər bir ölkə bu problemi öz reallığına uyğun olaraq araşdırmalıdır. Müasir araşdırmaların paradoksal nəticəsi ondan ibarətdir ki, gender asimmetriyasından nəinki onun şərtlərindən biridir. Deməli Gender problemi “qurbanları”, həm də bu asimmetriyanı yaradanlar da əziyyət çəkirlər. Bir cox tədqiqatlarda gender problemləri yalnız qadınlara aid edilsə də artıq gender problemlərinin həm də kişilərin problemi olduğu gün gündən daha da qabarır. Çünki həll olunmayan gender problemləri sonda ümumi iqtisadi inkişafa təsir edir.

Və bunun da təsiri cəmiyyətin hər bir üzvü üçün eyni dərəcədə zərərli təsiə malikdir. Gender disbalansı hər iki cinsin təcrübəsini tələb edən tam sosial fəaliyyətin formalaşmasına böyük maneədir. Qadınların iqtisadi, siyasi həyatda 2-ci dərəcəli mövqe tutması dövlətin və onun siyasətinin də müəyyən mənada zəifləməsi deməkdir. Çünki qadınlar bu konteksdə yeni faktor olmaqla bəzi həll olunmayan problemlərin açilmasinda yeni rakursda çıxış edə bilərlər və nəhayət qadınlar hər şeydən əvvəl anadırlar, bu da onların yeniləşən dünyada yeni nəslin yaranmasında, inkişafinda, təhsilində, tərbiyyəsində əvəzsiz xidmətlər göstərə bilməsini göstərir. Gender problemi, inkişaf kontekstində baxılarkən, ikinci böyük və aktual problem –yoxsulluq problemi ilə qanunauyğun şəkildə uzlaşır. Bir tərəfdən yoxsulluq gender uyğunsuzluğunu kəskinləşdirir, digər tərəfdən gender bərabrsizliyi inkişafı ləngidir. Bu labirintdən necə çıxmaq olar? Burada təklif olunan yanaşma yalnız kompleks yanaşma olmalıdır.Davamlı inkişafı gender aspektində necə müəyyən etmək olar? Bu sadəcə bəzi neqativ sosial iqtisadi keyfiyyətlərdən – yoxsulluq, xəstəliklər, Inkişafa xidmət etməyən həyt tərzi və s. - azad olmaq deyil, bu hər şeydən əvvəl iqtisadi artıma xidmət edən infrastrukturun yaradılması, vətəndaş strukturlarının formalaşması, hər bir insanın kişi və qadın olmasından asılı olmayaraq özünü təqdim etmə lmkanlarıın yaradılması kimi başa düşülür.Davamlı iqtisadi inkişafa xidmət edən gender siyasəti necə olmalıdır? Hal hazırda ölkəmizdə gender siyasətini müəyyən edən gender bərabərliyi haqqında qanun artıq qəbul edilmişdir.Gender bərabərliyi haqqında qanunda ölkədə gender siyasəti rəsmi olaraq təsdiq edilib.Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Qadın Məsələləri üzrə Dövlət Komitəsinin yaradılması" üzrə 1998-ci il 14 yanvar tarixli fərmanı. Komitənin əsas məqsəd və vəzifələri qadınların hüquqlarının müdafiəsi, qadınların ölkənin sosial və siyasi həyatında iştirakının təşviq edilməsidir.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublika­sında Dövlət qadın siyasətinin həyata keçirilməsi" haqqında 2000-ci il 6 mart tarixli fərmanı. Bu sənəd, bütün dövlət strukturlarında qadın və kişilər arasında bərabərliyin təmin edilməsini, müvafiq dövlət proqramları hazırlamaqla qaçqın və məcburi köçkün qadınların işlə təmin edilməsini, qanunvericiliyin gender nöqteyi-nəzərdən dəyişdirilməsini nəzərdə tutur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı" adlı qərarı. Milli Fəaliyyət Planı milli prioritetləri nəzərə alaraq Pekin Strategiyası əsasında hazırlanmışdır.

Milli Fəaliyyət Planı aşağıdakı sahələri əhatə edir:

Qadın və iqtisadiyyat;

Qadın və təhsil;

Qadın və sağlamlıq;

Qadın və zorakılıq;

Qadın və hərbi münaqişələr;

Qaçqın və məcburi köçkün qadınlar;

Qadın və kütləvi informasiya vasitələri;

Qadın və ətraf mühit;

Qız uşaqları;

Qadınların dövlət strukturlarında və qərar qəbul etmə prosesində iştirakı;

Beynəlxalq qadın təşkilatları ilə əməkdaşlığın inkişafı.

Planın müddəalarını həyata keçirmək məqsədi ilə qurumlararası işçi qrupu yaradılmışdır. Bu istiaqəmətdə gender statistikası, gender büdcəsinin yaradılması gender siyasətinin daha da təkmilləşdirilməsinə xidmət edəcəkdir.Bu mənada gender nəzəriyyələri ilə gender praktikası arasında fərqlər aradan qaldırılacaqdır.

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası qadın hüquqlarının qorunması üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulmuşdur. 1992-ci ildə Azərbaycan Respublikası BMT-nin "Qadınların siyasi hüquqları" üzrə konvensiyasına və 1995-ci ildə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması" üzrə konvensiyasına qoşulmuşdur.

Azərbaycan Hökuməti gender siyasəti sahəsində müəyyən nailiyyətlər əldə edib. Gender siyasətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Bu amil Azərbaycanda gender məsələlərinin dövlət əhəmiyyətli məsələ olmasının göstəricisidir.

Komitənin əsas məqsədləri - qadınların hüquqlarının qorunması və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Qadın məsələləri üzrə Dövlət Komitəsi Cənubi Qafqazda gender sahəsində fəaliyyət göstərən yeganə dövlət strukturudur. 2000-ci ilin mart ayında Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi" üzrə fərmanı imzalayıb. Bu sənəd, Respublikamızın bütün dövlət strukturlarında qadın və kişilər arasında bərabərliyin təmin olunmasını, müvafiq dövlət proqramlarının hazırlanması ilə qaçqın və məcburi köçkün qadınların işlə təmin olunması, gender nöqteyi-nəzərindən qanunvericiliyə yenidən baxılmasını nəzərdə tutur.

Sözügedən fərmanı həyata keçirmək üçün hökumət strukturlarına gender məsələsi üzrə məsul şəxslər təyin olunmuşlar. Azərbaycan hökumətinin fərmanına əsasən Azərbaycanın bütün bölgələrində icra hakimiyyəti başçılarının müavinlərindən biri qadınlardan təyin olunmalıdır. Bu fərman artıq bir sıra bölgələrdə həyata keçirilməkdədir.

2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasında qadınlar məsələsi üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı" qəbul etmişdir. Bu proqram milli prioritetləri nəzərə alaraq, Pekin Strategiyası əsasında hazırlanmışdır. Proqram siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə edir və "Qadın və hakimiyyət" adlı dövlət proqramının hazırlanmasını, qadınların siyasi, ictimai həyatda və qarar qəbul etmək prosesində daha fəal iştirakı üçün müvafiq tədbirlərin həyata keçirilməsini özündə əks etdirir. Milli Fəaliyyət Planının müddəalarını həyata keçirmək üçün qurumlararası qrup yaradılmışdır. Milli Fəaliyyət Planının həyata keçirilməsində həm dövlət struktur­larının, həm də QHT-lərin iştirakı nəzərdə tutulur.

Azərbaycan hökuməti genderin təşviqi sahəsində BMT, ATƏT/DTİHB, AŞ kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Hal hazırda, Bakıda və Azərbaycanın digər bölgələrində qadınların siyasətə cəlb olunmaları və qərar qəbul etmək prosesində iştirakı sahəsində müxtəlif layihələr həyata keçirilməkdədir. DTİHB tərəfindən həyata keçirilən layihələr nəticəsində nazirliklər, Konstitusiya və Ali məhkəmələr, Bakı şəhər icra hakimiyyətini əhatə edən dövlət qurumlarında çalışan qadınların şəbəkəsi yaradılmışdır. Şəbəkənin bir sıra dəyirmi masa və seminarları keçirilmişdir.

Müasir dövrdə əmək bazarında gender balansının qiymətlən­dirilməsi və buna uyğun adekvat siyasətin formalaşması aktual məsələlərdən biri sayılır. Hal-hazırda dünya əhalisinin artması ayri ayrı regionlarda məşğulluq və yoxsulluq promlemləri ilə gender məsələlərini eyni müstəviyə qaldırmışdır. (nəzərə alaq ki, orta hesabla əhalinin yarısı qadınlardır və eyni zamanda işçi qüvvəsinin də təxmiən yarısı qadınlardır). Bildiyimiz kimi hər bir ölkədə davamlı iqtisadi inkişaf əsasən 3 amil ilə xarakterizə edilir. Təbii ehtiyatlar və kapital göstəricisindən əlavə bəlkə də ən mühüm amil işçi qüvvəsidir. İşçi qüvvəsinin tərkibi, onun məhsuldarlıği bu gün üçün olduqca aktualdır və bütün bunlar əmək bazarının keyfiyyətini müəyyən edir. Nəzərə alsaq ki keyfiyyətli əmək bazarı ildən ilə artmaqda olan yoxsulluğun qarşıni ala biləcək göstəcilərdən biridir, hal hazırda əmək bazarında aparılan monitorinqlərin, tədqiqatların əhəmiyyəti daha da aydın olar. Oldduqca dəbdə olan əmək bazarı mövzusu digər populyar olan gender problemləri ilə yanaşi qoyulduqda bir sıra problemlərinin həllinə daha konstruktiv yollarla gəlib çıxmaq olar. Hal hazırda nəinki Azərbaycanda, hətta bütün dünyada qadın əməyi məhsuldarlıq baxımından kişi əməyindən fərqlidir, və sözsüz ki aşağıdır. Artan əhali sayı, inkişaf resurslarının məhdudluğu əmək bazarında qadınların rolunu daha da qabardır, çünki onlar ən azı iqtisadi fəal əhalinin yarısını təşkil edir.

Adətən hər bir ölkədə iqtisadi fəal əhali ümumi əhalinin təqribən yarısı olur,lakin bu Azərbaycanda bir qədər fərqlidir, ölkəmizdə iqtisadi fəal əhali 5 milyondur, bu da 8mln100 minin 50 faizinən coxdur ki, bu da ölkədə gənc əhalinin sayının cox olmasını xarakterizə edir.

Qəbul edildiyi kimi iqtisadi fəal əhali əmək qabiliyyətli yaşında olan və ya yaşı əmək qabiliyyətli yaşından çox olan, işləyən və yaxud işsiz kimi rəsmi qeytiyyata alınan şəxslərdən və iqtisadi əmək fəaliyyəti ilə məşğul olan yeniyetmələrdən ibarətdr. Ölkədə rəsmi statistikaya görə iqtisadi fəal əhalinin 47.7 faizi qadın, 52.3 faizi isə kişidir. Məşğul əhaliin isə 47.6% qadın, 52.4% kişidir. İşsiz statusu olan 55 min əhalinin 52.3 faizi qadınlar,47.7 faizi kişilərdir.

Azərbaycanda həyata keçirilən sosial iqtisadi xarakterli islahatlar qadınların iqtisadi fəallıq səviyyəsini çox dəyişmişdir. İslahatlar zamanı onların ümumi məşğulluq səviyyəsi, həm də peşəkar statusları artmaq əvəzinə bir qədər də zəifləmişdir. Bir çox ölkələr də olduğu kimi qadınlar üçün imkanların azaldılması, işin itirilməsi və davamlı işsizlik, həm dövlət, həm də özəl formal işçi qüvvəsi sektorunda təcrid olunmanin bir qədər də artması,yüksək qərar qəbul etmə vəzifələrinə kişilərə nisbətən daha az qadınların təyin olunmasını ilə əmək bazarında şaquli və üfüqi seqreqasiyanın mövcudluğu, qeyri bərabər əmək haqqı, uşaqlara qayğı, təsərrüfat işləri və ödənişli (formal və ya qeyri formal) işlər kimi üçqat ağırlıq altında fəaliyət gender problerinin əmək bazarı üçün xarakterik olmasını müəyyən edir.Bundan əlavə kiçik və orta müəssisərin inkşafında iştiraklarının məhdud olması, öz biznesini yaratmaq və idarə etmək üçün potensialların nümayişinə baryerlərin qoyulması əmək bazarında gender balansında problemlərdən xəbər verir. 2005-ci ilin statiskasına görə şəhər yerlərində hər 5 nəfər qadından biri işsiz olmuşdur. Bazar iqtisadiyyatı genişləndikcə qadınlar daha çox təhsil, tibb, mədəniyyət kimi aşağı ödənişli dövlət xidmətlərində işləməyə başlamışlar. Həm də onlar təşkilatların aşağı səviyyələrində daha çox işləyirdilər. Qadınlar həmçinin kişilərdən fərqli olaraq aşağı ödənişli işlərdə, ”qeyri standart“ işlərdə (yəni yarım günlük, müvəqqəti.evdə işləmə), qeyri formal sektorda işləyir. Bu sahələrdə onların hüquqları zəif qorunurdu. Azərbaycanda qanunla bərabər əmək haqqı prinsipinin təmin olunmasına baxmayaraq müəyyən iqtisadi sahələrdə qadınlar zəif təmsil olduqlarından aldıqları əmək haqları da kişilərlə müqayisədə cuzi olur.

Azərbaycanda qadınlar üçün “bugünkü yoxsulluq“ cox xarakterikdir. Belə ki haqqı ödənilməyən uşaqlara qulluq, evdə işləmə və formal yaxud qeyri formal sahədə işləməklə əlavə gəlir qazanan qadınlar hər sahədə işlərinin öhdəsindən gəlməyə çalışırlar.

Kiçik və orta müəssisələrin yaranması iqtisadi inkişafa xidmət etsə də burada da qadınları n çəkisi çox aşağıdır. Hal-hazırda əmək bazarında gender balansında hələ də tərəzinin agır tərəfi kişilərə məxsusdur. Belə ki az saylı sahibkar qadınlarin cuzi hissəsi böyük bank əməlyyatlı sahibkarlıqla məşğuldur.

Əmək bazarında təhsil faktoru danılmazdır. Ali təhsillilər içində qadınların kişilərdən az olması (qəbul olunanların 53.4%-oğlanlar, 46.6% qızlar olması) bu tendensiyanın getgedə artması, xüsussilə ödənişli bölmələrdə oqlanlara üstünlük verilməsi əmək bazarında vəziyyətin bir qədər də kəskinləşməsindən xəbər verir. Təhsildə eyni zamanda gender seqreqasiyasının (aşağı ödənişli iş yerləri olan fakültələrə qızların daha çox sənəd verməsi və qəbul olması) olması da gələcəkdə əmək bazarında problemlərin aradan qaldırılmasının problemli olduğunu göstərir.

Əmək bazarında qadınların artan müdafiəsizliyi onların aşağı əmək haqqı alan vəzifələrdə qərarlaşmasının başlıca səbəblərindən biri olmuşdur. Zəif və qeyri adekvat sosial müdafiə qadınların əmək bazarında fəallığıni bir qədər də zəiflətmişdir. Əgər ailədə uşaq bağçasına getməli olan uşaq varsa . və uşaq bağçası artıq ödənişlidirsə, onu ödəmyə pul yoxdursa. uşaqla qalmağa ilk növbədə ana hazır olmalıdır, bu da onun əmək bazarında zəif rəqabət tutumlu işçi qüvvəsinə çevrilməsinə səbəb olacaqdır.

İctimai gender stereotipləri və münasibətləri də ölkəmizdə üstünlük təşkil edir və qadınların səlahiyyətsizliyinə səbəb olur.Evdə Gender bərabərsizliyinin mövcudluğu əmək bazarında da bərabərsizliyə təsir edir, bütün bunlar da bərəbərliyin de fakto de yuri arasında ziddıiyyətlərinin olmasını göstərir.

Bununla belə, Azərbaycanda qadınların vəziyyəti mürəkkəb olaraq qalmaqdadır. İnkişaf prosesi əsasən paytaxt və digər böyük şəhərlərdə nəzərə çarpır, lakin kəndlərdə qadınların həyatı daha çətindir.

Digər bölgələrdə mövcud olan ağır ictimai-iqtisadi vəziyyət qadınların özünü inkişaf etdirmək hüququnu məhdudlaşdırır. Azərbaycan torpaqlarının 20%-nın işğalı ilə nəticələnən Ermənistanın Azərbaycana qarşı təcavüzü və keçid dövrünün çətinlikləri, iqtisadi və siyasi vəziyyətə zərər gətirən əsas səbəblərdir. Bu münaqişə 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olmuşdur. Onlardan 54%-i qadınlardır. Hal-hazırda bu insanların 95%-i lazımi həyat şərtlərindən məhrumdurlar. İşləmək qabiliyyəti olan qaçqın qadınların yalnız 20%-i işlə təmin olunmuşdur.

BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 1995-ci ildə keçirilmiş 39-cu sessiyasında, Azərbaycan "Hərbi münaqişələr zamanı, sonradan həbs edilənlər də daxil olmaqla girov götürülmüş qadın və uşaqların azad edilməsi" üzrə qətnamənin qəbul edilməsi təşəbbüsü ilə çıxış etmişdir. Bu qətnamə müvafiq olaraq 1996, 1997, 1998, 1999, 2000, 2001, 2003 və 2004-cü illərdə Komissiyanın sessiyalarında qəbul olunmuşdur.

Qadınların ölkənin sosial, siyasi və ictimai həyatında zəif iştirakının digər səbəbi isə cəmiyyətdə qadının imici ilə bağlı mövcud olan ənənəvi stereotiplərdir.



Bu cür vəziyyət milli gender strategiyasında yeni yanaşmanın yaranmasını tələb edir. Hal-hazırda biz gender strategiyasını inkişaf etdirmək üçün milli mexanizm yaradır və hökumətin fəaliyyətinə gender aspektinin daxil edirik. Bununla əlaqədar olaraq, dövlət qurumlarında gender məsələləri üzrə məsul olan şəxslər Qadın problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən və hər bir nazirlik çərçivəsində gender siyasətinin təkmilləşdirilməsi və bu sahədə görülən işlərin müzakirə edilməsi üçün hər ay görüşən işçi qrupuna daxil edilmişlər.

Елена Касумова

руководитель Азербайджанского
Гендерного Информационного Центра, к.и.н.




Достарыңызбен бөлісу:
  1   2   3   4   5   6   7   8


©kzref.org 2017
әкімшілігінің қараңыз

    Басты бет